Quranın elmi ayələrini qavramamaq

Quranda bir çox elmi həqiqətə aydın və ya dolayı olaraq işarə edilir. Kainatın meydana gəlişindən insanın yaradılış mərhələlərinə, yağışın meydana gəlməsindən qitələrin hərəkətinə qədər bir çox mövzudan Quranda, Allahın yaratmasındakı üstünlüyün və bənzərsizliyin nümunəsi olaraq bəhs edilir. Ancaq Quran əlbəttə ki, bir elm kitabı deyildir. Quranda çox vaxt açıq və dəqiq bir üslubla bəhs edilən elmi mövzular bəzən də bənzətmələr, işarələr, üstüörtülü izahatlarla müzakirə edilər. Elmi mövzular və inkişafları haqqında çox məlumatı və təməli olmayan, incə bir qavrayışdan uzaq bəzi ön mühakiməli kəslər isə bu cür ayələrin hikmətini qavramadıqlarına görə öz aləmlərində Qurana bəzi etirazlar edirlər.
Halbuki, bu gün 21-ci əsrin insanı, Quranda diqqət çəkilən bir çox elmi həqiqətin, ən son texnologiyanın müşahidə, təcrübə və məlumatları ilə möcüzəvi bir şəkildə təsdiqləndiyinə şahid olmuşdur. Belə ki, etibarsızlıqları hələ son iki əsrdə aydın olan xurafatlar yüzlərlə ildir ki, elm dünyasına hakim olduğu halda, Quranda, 1400 il əvvəldən indiki vaxtda təsbit edilmiş və sübut edilmiş elmi həqiqətlərə diqqət çəkilmişdir.
Böyük Partlayış, kainatın genişlənməsi, zamanın nisbi olması, qitələrin hərəkət etməsi və s. kimi bir çox elmi mövzu, hələ Quranın endirildiyi zaman 1400 il əvvəldən xəbər verilmişdir. (Ətraflı məlumat üçün bkz. Kuran Mucizeleri, Harun Yahya) Bu elmi ayələrin sirri əsrlər boyu bunları oxuyan müsəlmanlar üçün gizli qalmışdır. Lakin müsəlmanlar Quranın Allahdan gələn bir haqq olduğuna heç bir şübhəyə düşmədən inandıqları üçün hələ şərhini edə bilmədikləri bu ayələrin də haqq olduğuna və bir çox sirr və hikmət ehtiva etdiyinə iman gətirmişlər. Yəni ağlını istifadə edən və dərin düşünmə qabiliyyətinə sahib olan insanlar üçün hər ayə, Allahın sonsuz elminin bir hissəsidir. Yalnız hələ sirri açılmamış, şərhi insanlara bildirilməmişdir. Bu cür ayələr möminlər üçün bir şövq və həyəcan mənbəyi olar. Allahın sonsuz elmi ilə hər şeyi əhatə etdiyini hiss etmələrini təmin edər.
Mövcud elm və texnologiya səviyyəsiylə hələ izah edilməmiş ayələri etiraz mövzusu halına gətirmək isə pis niyyətli kəslərin bir xüsusiyyətidir. Quranda bu kəslərdən belə bəhs edilir:
Qurana qərəzliklə yaxınlaşan belə bir kimsənin, məqsədi onsuz da öz aləmində Quranda ziddiyyət axtarmaq olduğundan, həmin anda ağlının kəsmədiyi, məlumatının çatmadığı hər hansı bir ayəni, öz zəif ağlına görə Quranın ziddiyyəti zənn edər. Halbuki, Quranda, endirildiyindən bəri yüzlərlə ildir ki, mənası gizlənmiş və ancaq indiki vaxtda aydın olmuş elmi ayələr olduğu kimi, daha sonrakı tarixlərdə aydın olacaq, bu gün hələ mənası aydın olmamış elmi ayələr də ola bilər. Məsələn, Quranda maddə nəqli və qoxu nəqli ola biləcəyinə işarə edilir. Müasir dövrün texnologiyası ilə hələ mümkün olmasa da bu iki mövzu, elm-fantastikanın gündəmində, gələcəyin texnologiyası olaraq çoxdan özünə yer tutmuşdur. Bunlarla əlaqədar Qurandakı ayələr belədir:
- Hz. Süleymanın yanındakı elm sahibi bir şəxsin Səba məlikəsi Bəlqisin taxtını yüzlərlə kilometr məsafədəki sarayından bir anda gətirməsi:
Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”. (Nəml surəsi, 38-40)
- Hz. Yaqubun, oğlu hz. Yusifin qoxusunu kilometrlərlə uzaqdan duyması:
Qiyamətə qədər qüvvədə qalacaq, bütün dövrləri əhatə edən üstün bir elmin gizli olduğu Quranın bəzi ayələrinin verdiyi mənaları bugünkü elmin səviyyəsi ilə başa düşə bilməmək çox təbiidir. Müasir dövrümüzün elm və texnologiyası hələ yetərli səviyyəyə çatmamışdır, elm inkişaf etdikcə Quran ayələrindəki elmi həqiqətlərə işarə edən “qatlanmış mənalar” daha da yaxşı aydın olur.
Mövzular

Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...

Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...

Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.