Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik

İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir. Bu, Allahın bir qanunudur. Bir insan nə qədər ağıllı, nə qədər mədəni olursa olsun, səmimiyyətsiz və pis niyyətli bir dünyagörüşüylə Quranı qiymətləndirdiyində onu lazım olduğu kimi başa düşə bilməz, doğru şərh edə bilməz və bir çox ziddiyyətə düşər. Buna görə, Qurana qərəzli, nağd fikirli, riyakarcasına yaxınlaşan bir adamın bu pis niyyətli mövqeyi, özüylə Quran arasında-ayələrdə bildirildiyi üzrə-“görünməz bir pərdə” yaradacaq. Bu da Quranı başa düşməsinə və dərk etməsinə maneə olacaqdır. Bu həqiqət, İsra surəsindəki ayələrdə belə ifadə edilir:
Quran bütün insanları doğruya çağıran bir dəvətdir, ancaq Quranı yalnız iman gətirənlər tələb olunduğu kimi dərk edə bilərlər. Möminlərin Quranı başa düşmələrindəki ən əhəmiyyətli xüsusiyyətləri isə vicdan və səmimiyətləridir. Möminlərdən fərqli bir əhvali ruhiyyəyə və xarakterə sahib din əxlaqından uzaq kəslərin Quranı başa düşə bilməmələri də çox təbiidir.
Quran, olduqca açıq, sadə və aydın bir dilə malikdir, amma dediyimiz kimi, ancaq səmimi və vicdanlı kəslərin başa düşə biləcəkləri xüsusiyyətdə bir Kitabdır. Hələ İslamla tanış olmamış, iman gətirməmiş hər hansı bir insan, açıq bir ürəklə, qərəzsiz və səmimi olaraq yaxınlaşdığında, daşıdığı bu mömin xüsusiyyətləri səbəbiylə Quranın Uca Allahın sözü olduğunu vicdanı ilə fərq edəcəkdir. Çünki, istər üslubundakı heybət, mükəmməllik və sadəlik, istərsə də ehtiva etdiyi üstün elm və hikmətlə Quranın bir insan sözü olmadığını, ilahi bir Kitab olduğunu hər vicdanlı adam qəbul edər. Bu vicdanlı adam iman gətirib hörmət və səmimiyyət ilə yaxınlaşdığı təqdirdə isə Quranın hikmətli mənaları özünə aydın olmağa başlayar.
Quran özünə səmimi, təvazökar bir ürəklə yaxınlaşan adam üçün bir hidayət rəhbəri olduğu kimi, pis niyyətlə, düşməncə yaxınlaşanlar üçün də doğru yoldan azmaq vəsiləsi ola bilər. Ətrafdan eşitdiyi səhv məlumatlar, yanlış şərhlər, ehkamlar, yalanlar və qərəzli mühakimələrlə birlikdə öz səhv prinsiplərini, dünya görüşünü və həyat fəlsəfəsini də dayaq nöqtəsi edərək Quranı birtərəfli şəkildə qiymətləndirmək istəyən bir kimsə, əlbəttə ki, nə Quranı başa düşə, nə də ondan istifadə edə bilər. Tam əksinə, Quran belə bir kimsənin azğınlığının və təəccübünün artmasına vəsilə olar. Quranı başa düşə bilmədiyi kimi, Quran haqqında ağılsız və məntiqsiz etirazlar, yanlış və axmaq şərhlər edər. “Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra surəsi, 82) ayəsində bildirildiyi kimi Qurandan və imandan uzaqlaşar.
Bu cür ağılsız kəslərin müxtəlif Quran ayələri haqqında etdikləri ağılsız şərhlərin və bu ayələrin həqiqi məna və təfsirlərini nümunələriylə bərabər sonrakı bölmələrdə tədqiq edəcəyik.
Mövzular

Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...

Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...

Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.