Düşünməmək

Quranı doğru başa düşmək və şərh etmək üçün çox yaxşı düşünmək lazım olduğu Quranda bildirilmişdir. Sərhədsiz bir elm xəzinəsi olan Quranı səthi bir gözlə, düşünmədən hər hansı bir kitab kimi oxumaq Qurandan lazım olduğu kimi istifadə edilməsinə mane olacaqdır. Uca Allah Quranda insanları davamlı olaraq ağıllarını istifadə etməyə, düşünməyə dəvət edir. Düşünmək, ağlından istifadə etmək, Quranın mənalarını, incəliklərini, sirlərini və hikmətlərini görməyə səy göstərmək Quranı haqqıyla başa düşə bilmək üçün lazımlıdır. Allah Quranda, insana öz nəfsini, yaradılış məqsədini, dünyanın əsl mahiyyətini, insanın ətrafında baş verən hadisələrin hikmətini və bunun kimi insanın özü və ətrafı ilə əlaqədar bir çox mövzunu izah edir. Bu səbəbdən də, insanın öz nəfsi, ətrafındakıları və yaşadığı hadisələri Quran ayələrinə əsasən qiymətləndirərək bu hadisələrdəki hikmətləri görərək və bunlar haqqında çox dərin düşünərək Quranı başa düşməyə çalışması lazımdır. Ayələrdə Quranın düşünənlər üçün izah edildiyi bildirilir:
Ayələr düşünən insanlar üçün izah edildiyinə görə, düşünməyən kəslər ayələrdəki mənanı qavraya bilməzlər, bu səbəbdən düşünməyən kəslər Quranı başa düşə bilməzlər.
Həqiqətdə, insan öz daxilində və xaricində yaşadığı hər hadisədən bir çox ibrət almalıdır. Allah Quranı, insanın bunları necə şərh etməsi və izah etdikdən sonra necə davranması lazım olduğunu göstərən bir rəhbər olaraq endirmişdir. Yəni Quran insanın yaşadığı hər anı izah edən və nizama salan bir yol göstəricidir. İnsanın hər anını əhatə edən və sonsuz elm və hikmət sahibi Allahın göndərdiyi bu mübarək Kitabı lazım olduğu kimi başa düşmək də əlbəttə ki, Quranı Allahın şəninə yaraşan bir şəkildə düşünərək və ağlını işlədərək oxumaqla olar. Necə ki, “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad surəsi, 29) ayəsi ilə də Quranın ciddi bir şəkildə üstündə düşünülməsi və öyüd alınması lazım olan bir Kitab olduğu xəbər verilir. Quranı lazım olduğu kimi düşünmənin əhəmiyyəti bir başqa ayədə də belə vurğulanır:
Quranı aləmlərin Rəbbi olan Allah endirmişdir. Buna görə də sərhədsiz və üstün bir elmi özündə ehtiva edir. Qurandakı elm, Allahın sifətlərindən yaradılışın hikmətlərinə, insan ruhunun incəliklərini dünyanın, kainatın və axirətin həqiqətlərinə və sirlərinə qədər saysız mövzunu əhatə edir. Bu səbəbdən, olduqca sadə və əsaslı bir izahat daxilində yer alan bu məlumatları qavramaq da ancaq dərin bir düşüncə, açıq bir şüur, iti bir diqqət, səmimi bir ürək və təmiz bir vicdan ilə olar.
Mövzular

Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...

Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...

Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.