“Haman” adı haqqındakı ağıldankənar fərziyyələr

Quranda öz aləmlərində ziddiyyət tapmağa cəhd edənlərin irəli sürdükləri iddialardan biri də, ayələrdə Fironun adamlarından biri olaraq keçən “Haman” haqqındadır.
Tövratda hz. Musanın həyatını izah edən hissədə, Hamanın adı heç keçmir. Lakin Haman adı İncildə hz. Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş bir Babil kralının köməkçisi olaraq keçir.
Öz zəif ağıllarına görə Quranı Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncilə baxaraq yazdığını iddia edənlər, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bu kitablarda bəhs edilən bəzi mövzuları Qurana səhv köçürdüyü kimi bir cəfəngiyatı irəli sürürlər.
Halbuki, bu iddianın tamamilə əsassız olduğu Misir heroqlifinin bundan təxminən 200 il əvvəl açılıb, Köhnə Misir kitabələrində “Haman” adının tapılması ilə məlum olmuşdur.
O vaxta qədər Köhnə Misir dilində yazılmış kitabələr və yazıların oxunması mümkün deyildi. Köhnə Misir dili heroqlifləri və əsrlər ərzində bu dil varlığını davam etdirdi. Lakin II-III əsrlərdə xristianlığın yayılması və mədəni təsiriylə Misir, dinini olduğu kimi dilini də unutdu, yazılarda heroqlif istifadəsi azaldı və sona çatdı. Heroqlif yazısından istifadə olunduğu məlum olan ən son tarix 394-cü ilə aid bir kitabədir. Bundan sonra bu dil unuduldu və bu dildə yazılmış yazıları oxuya bilən və başa düşən heç kim qalmadı. Belə ki, bundan təxminən iki əsr əvvələ qədər...
Köhnə Misir heroqlifləri 1799-cu ildə, Rosetta Stone adı verilən eradan əvvəl 196 tarixinə aid bir kitabənin tapılmasıyla həll edildi. Bu lövhənin xüsusiyyəti üç müxtəlif yazı ilə belə ki, heroqlif, demotik (heroqliflərin əl yazısı forması) və Yunan dilləri ilə yazılmış olması idi. Yunan dilindəki mətnin köməyi ilə lövhədəki Köhnə Misir yazısı aydınlaşdırılmasına cəhd göstərildi. Lövhənin tam aydınlaşdırılması, Jean-François Champollion adlı bir fransız tərəfindən başa çatdırıldı. Beləcə unudulan bir dil və bu dilin izah etdiyi tarix aydınlanmış oldu. Beləliklə, Köhnə Misir sivilizasiyası, onların dinləri və ictimai həyatları haqqında bir çox şey öyrənildi.
Heroqlifin aydınlaşdırılması ilə mövzumuzu da maraqlandıran çox əhəmiyyətli bir məlumata daha çatılmış oldu: “Haman” adı həqiqətən də Misir kitabələrində keçirdi. Vyanadakı Hof muzeyində olan bir abidə üzərində bu addan danışılırdı. Eyni kitabədə Hamanın Firona olan yaxınlığı da qeyd olunurdu. (Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J C Hinrichsche Buchhandlung)
Bütün kitabələrə əsaslanaraq hazırlanan, Yeni Krallıqdakı Kişilər lüğətində isə Hamandan “Karxanalarda işləyənlərin başçısı” olaraq bəhs edilir. (Hermann Ranke, Die Ägyptischen Personennamen, Verzeichnis der Namen, Verlag Von J J Augustin in Glückstadt, Band I,1935, Band II, 1952)
Həqiqətən də məlum olan nəticə möcüzəvi bir həqiqəti ifadə edir. Haman Qurana qarşı çıxanların əksinə, Quranda bildirildiyi kimi hz. Musanın dövründə Misirdə yaşayan bir adamdır və Quranda bəhs edildiyi kimi Firona yaxın və tikinti işləriylə məşğuldur.
Necə ki, Quranda, Fironun qüllə tikmə işini Hamandan istəməsini xəbər verən ayə də bu arxeoloji tapıntılarla tam bir uyğunluq təşkil edir:
Nəticədə, Köhnə Misir abidələrində Hamanın adının aşkarlanması Quran əleyhində bəzi ağıldankənar iddialar gətirənlərin bir iddiasını da puç etməklə bərabər Quranın həqiqətən Allah Qatından göndərildiyini yenə də təsdiq edir. Çünki Quran Peyğəmbərimiz (s.ə.v)-in dövründə çatdırılması və həll edilməsi mümkün olmayan bir tarixi məlumatı möcüzəvi şəkildə bizə çatdırır.
Mövzular

Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...

Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...

Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.