Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq

İnsanların düşdüyü ən böyük səhvlərdən biri, qulaqdan dolma, ata-babadan eşitmə, Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan, din adına uydurulmuş bəzi uydurma sözlər, bidətlər və xurafatlarla Quranı şərh etməyə çalışmaqdır. Bu cür insanlar həqiqətdə Qurana deyil, batil inanclara tabe olarlar, Quranı da bu batil inanclarına, öz ağıllarına görə uydurmağa çalışırlar. Bu kəslərin səhv məntiqləri Quranda belə təsvir edilmişdir:
(Bəqərə surəsi, 170)
Cəmiyyətin bəzi seqmentlərində rast gəlinən bu səhv şərh etmə, Quranda bildirilən əxlaqdan tamamilə fərqli və zidd bir əxlaq meydana gətirər. Bəzən İslam adına irəli sürülən bu modelin Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi, Quranda bildirilən din, əxlaq anlayışı və həyat tərzi ilə heç bir əlaqəsi yoxdur.
Bu xarakterdəki insanların şərhlərində Quranla heç bir şəkildə uyğun gəlməyən, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan, Qurana tamamilə zidd fikirlər, şərhlər, hökmlər və tətbiqlər guya Qurandan bir mənbə kimi göstərilməyə çalışılar. Ancaq bu əsassız iddialara heç bir məntiqli şərh gətirilə bilməz. Tətbiq edilməyə çalışılan bəzi zorakı izahların da nə qədər məntiqsiz və gülünc olduğunu ağıl və şüur sahibi olan hər kəs asanlıqla görər.
Nadanlıqla edilmiş şərhlərlə insanları azdırmağa çalışan, Uca Rəbbimiz Allahın ayələrini qavramaq qabiliyyətindən uzaq insanların vəziyyəti Quranda belə xəbər verilmişdir:
Mövzular

Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdığında onu başa düşməsi mümkün deyildir...

Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək ...

Quranı şərh etməyi bacara bilməmək
Quran insanlar üçün lazım olan hər cür məlumatı özündə saxlayan möcüzəvi bir kitabdır...

Digər mövzular
Ağılsız Quranı necə şərh edər? Bu saytda yer alan bütün məqalələrlə tanış olmaq üçün "daxil ol" düyməsinə kilik edin.